RU

Mədəniyyət evinin müdiri dəm qazından öldü



"Beyləqanın Bünyadlı kəndində dəm qazından zəhərlənən 1974-cü il təvəllüdlü Şəlalə Firidun qızı Məmmədovanın vəziyyəti ağır qiymətləndirilir".

"Medicina" xəbər verir ki,16 dekabr saat 20:30-da zəhərlənmə şübhəsilə 1974-cü il təvəllüdlü (qadın cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Ona dəm qazından zəhərlənmə diaqnozu təyin edilib və daha sonra zəruri tibbi yardım göstərilməsi məqsədi ilə Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən pasiyentin hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Dəm qazından zəhərlənərək həyatını itirən 1966-cı il təvəllüdlü Bakir Heydər oğlu Məmmədovun isə Bünyadlı kənd mədəniyyət evinin müdiri olduğu məlum olub.


Избранный
5
2
medicina.az

10Источники