“Heyət Təhrir əş-Şam" (HTŞ) lideri silahlı müxalifət qruplarının ləğv ediləcəyini bildirib.
Publika.az xəbər verir ki, lider Əhməd Hüseyn əl-Şara (Məhəmməd əl-Colani) bu barədə “Telegram” kanalında açıqlama verib.
O, Əsədi devirən bütün silahlı müxalifət qruplarının ləğv ediləcəyini və onların döyüşçülərinin nizami ordu hissələrinə qoşulacağını bildirib:
"Qruplar dağıdılacaq, döyüşçülər Müdafiə Nazirliyinin sıralarına qoşulmaq üçün təlim keçəcək və onların hamısı qanuna tabe olacaq".