AZ

Colani kritik Suriya qərarını açıqladı: Hamısı dağıdılacaq

“Heyət Təhrir əş-Şam" (HTŞ) lideri silahlı müxalifət qruplarının ləğv ediləcəyini bildirib.

Publika.az xəbər verir ki, lider Əhməd Hüseyn əl-Şara (Məhəmməd əl-Colani) bu barədə “Telegram” kanalında açıqlama verib.

O, Əsədi devirən bütün silahlı müxalifət qruplarının ləğv ediləcəyini və onların döyüşçülərinin nizami ordu hissələrinə qoşulacağını bildirib:

"Qruplar dağıdılacaq, döyüşçülər Müdafiə Nazirliyinin sıralarına qoşulmaq üçün təlim keçəcək və onların hamısı qanuna tabe olacaq".

Seçilən
6
publika.az

1Mənbələr