Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ukraynadakı vəziyyəti müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib.
Ərdoğan bildirib ki, AK sədri ilə Ukraynada ədalətli və davamlı sülhü təmin etmə yolları ətrafında fikir mübadiləsi aparıblar.
R.T.Ərdoğan Türkiyə ilə Aİ arasında viza sərbəstliyi təmin olunana qədər qarşı tərəfdən bu prosesi sürətləndirəcək addımların atılacağına ümid etdiyini vurğulayıb:
“İki gün sonra baş tutacaq birlik zirvəsində münasibətlərdəki bütün məhdudiyyətləri aradan qaldıracağımıza, təxirə salınan yüksək səviyyəli dialoqları bərpa edəcəyimizə və viza sərbəstliyi təmin edilənə qədər bu prosesi sürətləndirəcək qərarların alınacağına ümid bəsləyirəm.
Ən qısa müddətdə Türkiyə-Avropa İttifaqı zirvəsini keçirməklı münasibətlərimizi olmalı olduğu səviyyəyə qaldırmağa ümid edirəm”.