RU

Şiddətli qasırğa adanı viran qoydu - Bəzi məhəllələr yox oldu

Fransanın Hind okeanı sahillərini qasırğa vurub.

BAKU.WS xəbər verir ki, güclü fırtına ölkənin "Mayotte" adasını viran qoyub. Burada küləyin sürəti 225 km/saatı keçib.

"Chido siklonu" adı verilən qasırğa yaşayış məkanlarına ciddi ziyan dəyib. Şiddətli küləyin təsirindən bəzi məhəllələr yox olub.

320 min adamın yaşadığı adada su qida və yanacaq çatışmazlığı yaşanır. Burada əhalinin yüzdə 75 faizi yoxsulluq içində yaşayır.

Rəsmilər ölü sayının yüzlərlə olduğunu bildirib. Hazırda adada axatrış-xilasetmə briqadaları fəaliyyətini davam etdirir.


Qalereya






















































Избранный
11
ekologiya.az

1Источники