RU

Manuel Noyer “Bayern”dəki gələcəyi ilə bağlı məlumat verdi

“Bayern”in kapitanı, 38 yaşlı alman veteran qapıçı Manuel Noyer Münhen klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, Noyerin bu barədə cavabını təqdim edir:

“Mən düşünürəm ki, əməkdaşlıq davam edərsə, hər iki tərəf şad olacaq. Ancaq tələskənlik yoxdur, bu, dəqiqdir. Əvvəlcə, mənə sağalmaq, qabırğamla bağlı fəsadı həll etmək gərəkdir”, deyə Noyer vurğulayıb.

Xatırladaq ki, Noyer Almaniya Kubokunun 1/8 finalı çərçivəsində “Bayer”lə ev oyununda (0:1) qabırğasını sındırıb və hazırda bərpası ilə məşğuldur.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 19 oyuna çıxıb, 13 qol buraxıb, 12 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 540 oyun, 440 buraxılmış qol və 256 “quru” oyundan ibarətdir.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Избранный
18
3
arena.az

4Источники