Dibala Türkiyə klubuna keçə bilər – Meneceri İstanbula gəlib
“Roma”da diqqətdən kənarda qalan argentinalı ulduz Paulo Dibala “Qalatasaray”a keçə bilər. Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, futbolçunun meneceri Karlos Novel ötən gün İstanbula gəlib və burada baş tutan “Qalatasaray”-“Trabzonspor” (4:3) görüşünü izləyib. İddia olunur ki, arıtq “Sarı-qırmızılılar” Dibala üçün qarşı tərəflə danışıqlara başlayıb. 31 yaşlı argentinalı ulduzun transferi üçün meneceri ilə də görüşlər olacaq. İstanbul təmsilçisinin Dibalaya illik 10 milyon avro təklif edəcəyi bildirilir.