RU

GÜNDƏM: Prezident İlham Əliyev Tatarıstanın Rəisi ilə görüşüb, Rüstəm Minnixanovu "Dostluq" ordeni ilə təltif edib, aqrar sahədə subsidiyaların siyahısı genişləndirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb.

Fins.az xəbər verir ki, əvvəlcə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifedilmə mərasimi oldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev dedi: Layiq olduğunuz mükafat münasibətilə Sizi təbrik edirəm. Uzun illərdir ki, Siz ənənəvi əlaqələrimizin möhkəmlənməsi üçün çox iş görürsünüz. Ona görə də belə yüksək mükafatı Sizə təqdim etmək və yeni uğurlar arzulamaq mənim üçün çox xoşdur.

Rüstəm Minnixanov dedi: Cənab Prezident, çox sağ olun. Bu, yüksək mükafatdır. Biz Rusiya-Azərbaycan münasibətləri çərçivəsində əlaqələrimizi yüksək qiymətləndiririk. Tatarıstanda bunun xüsusi önəmi var. Tarixən belə alınıb ki, qardaş xalqlarımız və ən başlıcası, liderlərimiz - Heydər Əliyev və birinci Prezidentimiz Mintimer Şaripoviç Şaymiyev bizim inkişaf etdirdiyimiz həmin kursun əsasını qoyublar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov birgə nahar ediblər.

* * *

Rüstəm Nurqaliyeviç Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.

Fins.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb.

Fins.az xəbər verir ki, əvvəlcə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifedilmə mərasimi oldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev “Dostluq” ordenini Rüstəm Minnixanova təqdim edib.

* * *

Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, dincə qoyulmuş torpaqlara görə subsidiya veriləcək.

Belə ki, əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 (bir) il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə subsidiya veriləcək.

Əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısı, regionlar üzrə bitkilərin siyahısı və onlara tətbiq edilən əkin əmsalları, həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra – sığortalanmalı olan bitkilər) siyahısı və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblər təsdiq edilir

Sənədə görə, 10 hektar və daha çox torpaq sahəsində Aqrar Subsidiya Şurasının təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər uzadılıb.

Bundan başqa, dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi üçün ərazilərin siyahısı, həmin ərazilərin ardıcıl becərilmə dövrləri və onlara tətbiq edilən dincə qoyulmuş torpaq əmsalları təsdiq edilir.

Bitkiçilik sahəsində subsidiyaların tətbiqi üçün torpağın sahəsi və keyfiyyət parametrləri, çoxillik bitkilərin əkin ili, əkilən toxum və tinglər, aqrotexniki tədbirlərin aparılması, müasir suvarma sistemlərinin tətbiqi nəzərə alınmaqla əmsalların fərqləndirilməsi aparılır.

Şura tərəfindən əkin subsidiyasının tətbiqi üçün sığortalanmalı olan bitkilərin siyahısı təsdiq edilərkən həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür.

Dincə qoyulmuş torpaq subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır:

baza məbləği × dincə qoyulmuş torpaq əmsalı = dincə qoyulmuş torpaq subsidiyası

dincə qoyulmuş torpaq əmsalı – müəyyən ərazilər üzrə dincə qoyulmuş torpaqlar üçün Şuranın müəyyən etdiyi göstərici.

Subsidiya verilənlər siyahısına buzovdan sonra camış balası əlavə edilib.

Избранный
26
fins.az

1Источники