RU

Dəməşq hava limanının xüsusi icazə ilə fəaliyyəti dekabrın 24-dək uzadılıb

Dəməşq beynəlxalq hava limanının xüsusi icazə ilə təyyarələrin qəbulu və uçuşu üzrə fəaliyyəti 24 dekabr axşamına qədər uzadılıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə hava limanının dispetçerləri tərəfindən yayılan NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatında bildirilib.

"Mülki aviasiya nəzarət orqanının xüsusi icazəsi ilə həyata keçirilən uçuşlar istisna olmaqla, Dəməşq hava limanından və hava limanına bütün uçuşlar ləğv edilib", - məlumatda qeyd olunub.

Bildirilib ki, məhdudiyyət müddəti dekabrın 24-ü ümumdünya vaxtı ilə saat 20:00-dək qüvvədə olacaq.

Избранный
28
8
ikisahil.az

9Источники