RU

Mərakeşdə “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfransın açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm vəMədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının MərakeşKrallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-dəRabat şəhərində “Dinlərarası harmoniya: dinc birgəyaşayışıntəşviqi” mövzusunda beynəlxalq konfransın açılış mərasimikeçirilib.

Trend xəbərverir ki, ICESCO-nun Səfir Ofisinin Dialoq və Mədəni MüxtəliflikAdministrasiyasının Xoşməramlı direktoru Səfir Xalid Fəthalrəhmanınmoderatorluğu ilə keçirilən açılış sessiyasında əvvəlcə Qurantilavəti səsləndirilib, daha sonra Dövlət Komitəsinin sifarişi iləhazırlanmış “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki rəhbərliketdiyi qurumun konfransın həmtəşkilatçısı olmasından məmnunluqduyduğunu bildirib. Tədbirin dünya ictimaiyyətinin diqqətini sülhvə əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarasıixtilaflara çəkmək üçün əhəmiyyətli platforma olduğunuvurğulayıb.

Baş direktor, həmçinin Prezident İlham Əliyevin fəaliyyətisayəsində bu gün Azərbaycanın konfessiyalararası, həmçininməzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin,dini-mədəni müxtəlifliyin nadir nümunələrini sərgilədiyini deyib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə ICESCO arasında dincbirgəyaşayışın təşviqində əməkdaşlığın gücləndirilməsi, habelə diniicmalar və beynəlxalq aktorlar üçün sülhün möhkəmləndirilməsiistiqamətində platformanın yaradılmasının önəminə diqqət çəkib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovortaq mədəni, dini dəyərlərin, sülh və əmin-amanlığın, dincəməkdaşlığın təmin edilməsi məqsədlərinin Azərbaycan və Mərakeşxalqlarını birləşdirdiyini deyib. Komitə sədri İCESCO ilə birgətəşkil edilən tədbirin bu istiqamətdə əldə edilən uğurların,nümunəvi təcrübələrin təbliği və təşviqi baxımından xüsusiəhəmiyyət kəsb edəcəyinə inamını ifadə edib. Bildirib ki, Prezidentİlham Əliyevin rəhbərliyi ilə ölkəmiz İslam aləmində elmin,təhsilin inkişafı, zəngin mədəni irsin qorunması sahəsində böyükişlər görən İSESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Azərbaycanda tarixən müxtəlif dinlərin təşəkkül tapması,tolerantlıq və birgəyaşayış ənənələrinin yayılmasından da bəhs edənR.Məmmədov dünyada multikulturalizmin mərkəzi kimi tanınan,dini-milli zəmində qarşıdurmaların heç vaxt olmadığı ölkəmizin daimdinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verəntəşəbbüslərlə çıxış etməsindən danışıb. Prezidentin təşəbbüsü iləAzərbaycanın 2008-ci ildən başlayan “Bakı prosesi” çərçivəsindəMədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərininsammitləri, Bakı Beynəlxalq Humanitar Forumlarına evsahibliyietdiyini vurğulayıb.

Komitə sədri çıxışında Azərbaycanın Birinci vitse-prezidenti,İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliketdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini,mədəni abidələrin bərpa edilməsi istiqamətində təşəbbüsləri barədədə məlumat verib.

Əlahəzrət Kral VI Məhəmmədin müşaviri Andre Azuley çıxışındatəəssüf hissi ilə bildirib ki, dünya bəzi digər aspektlərdən olduğukimi, sivilizasiyaların və dinlərin toqquşması baxımındanproblemlərlə üzləşir. Dinlərarası, hətta məzhəblərarasımünasibətlər xeyli dərəcədə gərginləşir, lokal konfliktlərin sayıdurmadan artır. Andre Azuley vurğulayıb ki, dünya dövlətləriMərakeş və Azərbaycanın dinc birgəyaşayış modelindən xəbərdarolmalı, öz daxili və xarici siyasətlərində bu ənənələri tətbiqetməlidirlər.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini RafaelHüseynov İslam sivilizasiyasını birləşdirən ortaq mənəvi dəyərlərə,bir çox xalqın birləşərək yaratdığı müştərək mədəni irsə diqqətçəkib. Bildirib ki, İslam dünyası zəngin və rəngarəng mədəni irsəmalikdir. Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlərvə mədəniyyətlərarası dialoq modelinə, çoxmədəniyyətli mühitlərdərahat yaşamın doğru yollarını göstərən tarixi təcrübələrinə diqqətçəkən R.Hüseynov qeyd edib ki, ölkəmizdəki konfessiyalar həmişəqarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar.

Tədbir çərçivəsində müxtəlif dinlərin zənginliyini və ortaqbəşəri dəyərləri, dinlərarası harmoniyanı əks etdirən “Ortaq bəşəridəyərlər, müxtəlif dinlər” adlı sərgi nümayiş olunub.

Mərakeşdə
Mərakeşdə
Mərakeşdə
Mərakeşdə
Избранный
18
4
az.trend.az

5Источники