RU

Ançelotti: “Finallar həmişə fərqlidir”

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti FİFA Qitələrarası Kubokun əhəmiyyətindən danışıb.

Futbolpress.az xəbər verir ki, sabah keçiriləcək turnirin finalında “Paçuka” (Meksika) ilə qarşılaşacaq Madrid təmsilçisinin çalışdırıcısı oyundan öncə fikirlərini bölüşüb:

“FİFA Qitələrarası Kubokun finalında iştirak ötən mövsümün əlamətdar performansını əks etdirir. Bu, ən mühüm hadisələrdən biridir. Mövsümə başlayanda orada olmaq və finalda oynamaq istəyirsən. Xarakterimizə və qətiyyətimizə görə iştirak etmək bizə qismət oldu. Təbii ki, qələbə qazanmağa çalışacağıq. “Paçuka”nın “Botafoqo” üzərində qələbəsi sürpriz oldu. Çox güclü komanda olduqlarını göstərdilər.

Finallar həmişə fərqlidir. Bəzən rəqibin oyun tərzi Avropa futbolunun tam əksi ola bilir. İntensivlik fərqlidir, bəzən rəqib fiziki cəhətdən güclü olur, taktika fərqli olur. Ona görə də belə matçlarda oynamaq həmişə xoşdur. Maraqlı son olacağını düşünürəm.

Ötən uğurlu mövsümü yaxşı yekunlaşdırmağa borcluyuq. Əlbəttə, klub üçün daha bir beynəlxalq klub turnirində qalib gəlmək çox vacibdir, çünki bütün dünyada çoxlu azarkeşlərimiz var və onlar bu kuboku qazansaq, sevinəcəklər”.

Избранный
14
futbolpress.az

1Источники