RU

Dibala İstanbul nəhənginə keçir - Klub prezidenti təsdiqlədi

"Roma"nın futbolçusu Paulo Dibala karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikola Skira yayıb.

Xəbərə görə, "Qalatasaray" argentinalı hücumçunun keçidi ilə bağlı "Roma" ilə danışıqlara başlayıb. Hətta tərəflərin razııığa gəlmək üzrə olduğu bildirilir. 

"Qalatasaray" Paulo Dibalaya 2027-ci ilə qədər müddətə illik təxminən 9-10 milyon avroluq müqavilə təklif edib. Qeyd olunub ki, klubun prezidenti Metin Öztürk hücumameyilli yarımmüdafiəçi ilə danışıqlar faktını təsdiqləyib.

Xatırladaq ki, Paulo Dibalanın “Roma” ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatır. Oyunçu müqaviləni yeniləmək niyyətində deyil, lakin onun müqaviləsində müəyyən şərtlər yerinə yetirildikdən sonra bir il müddətinə uzadılması üçün avtomatik seçim var.

31 yaşlı futbolçu bu mövsüm klub səviyyəsində 18 matça çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 12 milyon avro qiymətləndirir.

Mirağa

Избранный
28
1
fanat.az

2Источники