Dəməşq Beynəlxalq Hava Limanı mülki aviasiya orqanından müvafiq icazə alanlar istisna olmaqla, dekabrın 24-dək digər uçuşlara xidmət etməyəcək.
Referans.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Suriya Mülki Aviasiya Administrasiyasının xüsusi icazəsi istisna olmaqla, Dəməşq Beynəlxalq Hava Limanından bütün uçuşlar dayandırılıb”, – deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl Suriyanın ən böyük Dəməşq və Hələb hava limanları silahlı müxalifətin şəhərləri ələ keçirməsi səbəbindən fəaliyyətini dayandırmışdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта