RU

CNN reportyorları Suriyada biabır oldu - VİDEO

CNN jurnalistlərinin Suriyada qəhrəman kimi xilas etdikləri  suriyalı "siyasi məhbus"un əslində dinc vətəndaşların qətlinə, işgəncələrinə və əsgərlərdən pul tələb etməyə cavabdeh olduğu üzə çıxıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, videoda həmin "möcüzəvi xilasetmə" anı təqdim olunub.

Daha maraqlısı isə CNN reportyorlarını ifşa edənlər "New York Post"dakı həmkarları olub. Belə ki, bir neçə gün əvvəl ABŞ telekanalı suriya həbsxanasından sujet yayımlamışdı. Videoda kameranın döşəməsində yatan arıq bir kişini göstəriblər. Jurnalistlər onun taleyini keçmiş hakimiyyətin məhv etdiyi dinc sakin olduğunu iddia ediblər. Kişiyə sarılıblar, sakitləşdirməyə çalışıblar və hətta ağlamağa vadar ediblər.

Çox keçmədən "New York Post"un reportyorları təkzib xarakterli material dərc ediblər. Onlar həmin şəxsin siyasi məhbus deyil, Salamə Məhəmməd Salamə — Suriya Hərbi Hava Qüvvələrinin sabiq baş leytenantı olduğunu ortaya çıxarıblar. Salamə, həmçinin Əbu Həmzə kimi tanınır və onun həbsdə olmasının səbəbi siyasətlə deyil, başqa bir zabitlə pul üstündə mübahisə ilə bağlı olub.

Bundan sonra CNN digər jurnalistləri azad sözə hücum etməkdə günahlandırmağa başlayıb və Əbu Həmzənin cinayətləri barədə məlumatları  gizlədərək ittihamların arxasında saxlayıblar.

 

Afaq,
Musavat.com

Избранный
12
8
musavat.com

9Источники