Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsindəki ilk oyununda İsveçlə heç-heçə edib.
Rekord.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu yığma Bakı İdman Sarayında reallaşan matçda 3:3 hesablı bərabərliyə razılaşıb.
Yığmamızın heyətində Oktay Rüstəmli (2) və Xəzər Ağalızadə (23) fərqləniblər.
Skandinaviyalılar qrupdakı ilk matçda Yunanıstana uduzublar - 1:4.
Yığmamız 5-ci qrupdakı növbəti görüşünü gələn il yanvarın 31-də Xorvatiyaya qarşı keçirəcək.