RU

Santuş millidə qaldı

Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı AFFA yayıb.

İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun milli komandamızın UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı hesabatı dinlənilib. İcraiyyə Komitəsi üzvləri baş məşqçinin qeydə alınmış nəticələrlə bağlı fikirləri ilə tanış olublar. F.Santuş millimizin gələcək perspektivləri barədə gözləntilərini bölüşüb.

Ardından AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarımızın seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb. Bu xüsusda təklif və rəylər dinlənilib, nəzərə alınıb.

İcraiyyə Komitəsinin iclasında AFFA-nın inkişaf strategiyası ilə bağlı son durum barədə məlumat verilib. Strategiya 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacaq.

İcraiyyə Komitəsinin iclasında digər məsələlər müzakirə edilib.
 
Qeyd edək ki, iclasda milli komandanın baş məşqçisi Fernandu Santuşla bağlı hər hansı qərar verilməyib. Daha əvvəl onun Millətlər Liqasında uğursuz nəticədən sonra istefaya göndəriləcəyinə dair xəbərlər yayılmışdı.

Избранный
44
27
bakivaxti.az

10Источники