Mayotda qasırğa nəticəsində zərərçəkənlərin sayı 1 700-ə çatıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Fransua Bayru bildirib.
"Bu gün ölənlərin sayı 20-yə yaxındır, 200 ağır yaralı var. 1 500 yaralının həyati təhlükəsi yoxdur", - hökumət başçısı deyib.
O, bu rəqəmlərin son olmadığını, ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb.