Əhali 11 ayda kafe və restoranlarda 2,1 milyard manat xərcləyiblər
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi (kafe, restoran, çayxana və s.) 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,3% artaraq 2 milyard 93,7 milyon manat olub. Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.