RU

Olavio Juninyo “Qarabağ”ı “Sevilya”ya dəyişə bilər

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Sevilya” klubu “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo ilə maraqlanır.

Arena.az AS nəşrinə istinadən xəbər verir ki, bu barədə “Zona Mixta” məlumat yayıb.

Komandanın baş məşqçisi Qarsiya Pimenta braziliyalı forvardın transferini istəyib. Ağdam təmsilçisinin bu keçid üçün İspaniya klubundan təxminən 5 milyon avro tələb edəcəyi vurğulanıb.

Xatırladaq ki, Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Şaveş” klubundan 450 min avro müqabilində keçib. 28 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. O, Azərbaycan çempionunun heyətində indiyə qədər 80 oyuna çıxıb, 41 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub.

Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova” və “Portimonense” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Избранный
43
50
arena.az

10Источники