RU

Azərbaycan 2024–2026-cı illərdə AQEM-ə sədrlik edəcək

Dekabrın 17-də ölkəmizin ev sahibliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının virtual formatda 7-ci iclası keçirilib. 

Nazirlər Şurasının iclasında 27 üzv ölkədən nazirlər, dövlət nazirləri, nazir müavinləri, habelə nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər. Tədbirə, həmçinin 3 müşahidəçi dövlət və 8 tərəfdaş beynəlxalq təşkilatın rəhbərləri qatılıb. 

Nazirlər Şurasının 7-ci iclasında Müşavirəyə 2024–2026-cı illər üzrə Sədrlik Qazaxıstandan Azərbaycana keçib.

İclasda çıxış edən nazir Ceyhun Bayramov 2024–2026-cı illər üzrə AQEM-də Sədrliyi Azərbaycana həvalə etməklə ölkəmizə göstərilən etimada görə bütün üzv dövlətlərə təşəkkürünü bildirib.

Nazir, həmçinin çoxqütblülüyün gücləndiyi və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir dövrdə Asiya qitəsinin həmin çağırışlara birlik və əməkdaşlıq şəraitində, eyni zamanda, ortaq məsuliyyət prinsipi əsasında cavab verməli olduğunu, ­AQEM-in bu əməkdaşlığı daha da inkişaf etdirərək çağırışları dəf etmək üçün unikal bir platforma olduğunu diqqətə çatdırıb.  

İclasın yekununda “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə”nin 25 illiyi ilə bağlı Nazirlər Şurasının Bəyanatı, Etimad quruculuğu tədbirlərinin icrasının modallıqlarına dair Nazirlər Şurasının qərarı, Etimad quruculuğu tədbirlərin kataloqunun yenilənmiş versiyası və AQEM üzv dövlətlərinin Aparıcı Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin təsis edilməsinə dair memorandum layihələri qəbul edilib.

***

Azərbaycanın Xarici İşlər naziri ­Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ci görüşündə çıxış edib. 

Nazir AQEM üzv dövlətlərinə Azərbaycana göstərdikləri etimad və inama görə təşəkkürünü bildirib. C.Bayramov qeyd edib ki, Azərbaycanın Sədrliyi “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək. AQEM çərçivəsində təhsil və elm sahələrinin potensialı da az istifadə edilmiş olaraq qalır.

Sadalanan birbaşa prioritetlərdən başqa, sədrlik regionumuzun dəyişən ehtiyaclarının təmin olunması naminə qarşılıqlı əlaqə və etimad quruculuğu tədbirləri üzrə yeni istiqamətlərin araşdırılmasına açıqdır. Bu məqsədlə sədrlik əlaqələndiricilər və həməlaqələndiricilərlə yaxından işləyəcək. 

Избранный
19
25
xalqqazeti.az

10Источники