RU

“Tarixdə bu gün” - Dünyada ilk rəngli televiziya yayımı

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

18dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq.

 

18 Dekabr Beynəlxalq Miqrant Günüdür:

 

1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilmişdir. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.

 

18 dekabr 1997-ci ildə Prezident Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalayıb:

 

Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.

 

18 dekabr 1953-cü ilin bu günündə dünyada ilk rəngli televiziya yayımı həyata keçirilib.

 

18 dekabr 1957-ci ildə yazıçı, dramaturq, şair, Əməkdar incəsənət xadimi Əyyub Abbasov vəfat edib:

 

O, “Zəngəzur” romanı, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifi, Bakı Teatr Məktəbinin direktoru olub.

Избранный
35
azedu.az

1Источники