“ABŞ-ın Suriyadakı prioritetləri İŞİD-lə mübarizə və kürdlərin (PKK/PYD/YPG-red) təhlükəsizliyi olacaq”.
Publika.az xəbər verir ki, bu barədə məşhur amerikalı politoloq, professor Ulyam Enqdal deyib.
Enqdal qeyd edib ki, ABŞ Suriyadakı bütün kəsimlərin yeni qurulacaq hökumətdə yer alması çağırışını edir və HTŞ-nin tanınması istiqamətində irəliləyir: “Lakin prioritet məsələ kürdlərin təhlükəsizliyinin təmin edilməsi və İŞİD-lə mübarizə olacaq. İŞİD mövcud vəziyyəti güc boşluğu olaraq görür və yeni hökuməti özünə rəqib hesab edir. ABŞ isə Suriyada İŞİD-ə dəstək verənləri düşmən kimi qəbul edir”.
Amerikalı professor hesab edir ki, Tramp Suriyadan çıxacaqlarını desə də, ABŞ orada qalacaq: “Trampın əsas planı İranı zəiflətmək, hətta rejimi dəyişdirmək olacaq. ABŞ İranı Yaxın Şərqə müdaxilə edə bilməyəcək qədər zəiflətmək istəyir. Suriyada mümkün boşluq İrana təsir gücünü artırmaq və İsrailin şimalına qədər proksi qüvvələr zəncirini yenidən qurmaq imkanı verə bilər. Suriyada neft bölgələrinin qorunması da ABŞ-ın marağındadır və Tramp ilk dövrdə neft hövzələrindən çıxmayacağını açıq şəkildə bildirmişdi. Bununla yanaşı, ABŞ bütün müdafiə qabiliyyətini Rusiya və Çinə çevirdiyi vaxt İŞİD təhlükəsi ilə mübarizə aparmaq istəmir. ABŞ Suriyadan çəkiləcəyi təqdirdə, Rusiya, Çin və İran boşluğu doldurmağa çalışacaq. Bu səbəblərə görə ABŞ Suriyada qalmağa davam edəcək. Təbii ki, əsas tərəfdaşı Türkiyə olacaq. Çünki Türkiyə olmadan Suriyada, ümumiyyətlə Yaxın Şərqdə sabitliyi təmin etmək mümkün deyil”.
U.Endqal bildirib ki, Rusiya və İranın Suriyadakı təsirinin zəifləməsi Qərb üçün ilk mərhələnin başa çatması deməkdir.
“İkinci mərhələdə HTŞ-nin nəzarətdə saxlanılması məsələsi olacaq. Üstəlik Suriyada müxtəlif şəhərlər müxtəlif silahlı qruplaşmaların nəzarətindədir. HTŞ-nin üzləşdiyi çətinliklər var. ABŞ, İsrail və Türkiyənin varlığını hiss edən HTŞ ölkədəki bütün qruplara təmsilçilik vermək və mərkəzi sistem yerinə muxtariyyətlərin olduğu sistem qurmaq məcburiyyərində qala bilər”, - amerikalı professor deyib.
Asif
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта