RU

10 yaşlı qızını öldürən ataya ömürlük HƏBS

Britaniyada 10 yaşlı qızı Sara Şərifin qətlində təqsirli bilinən atası və ögey anası ömürlük həbs cəzasına məhkum ediliblər.

Urfan Şərif azı 40 il, Beinaş Batul isə 33 il həbsdə qalmaqla ömürlük həbs cəzasına məhkum ediliblər. Sara Şərifin əmisi, Feysəl Malik qətldə təqsirli bilinməsə də, uşağın ölümünə səbəb olma və ya buna yol vermə ittihamı ilə 16 il həbs cəzası alıb.

Sara 2023-cü il avqustun 8-də Surrey qraflığının Vokinq şəhərindəki evində vəfat edib və cəsədi iki gün sonra çoxsaylı xəsarətlərlə tapılıb. Məhkəmə prosesində məlum olub ki, Sara uzun müddət ərzində fiziki zorakılığa məruz qalıb və bu, onun ölümünə səbəb olub.

Hakim cəza təyin edərkən təqsirləndirilən şəxslərin əməllərinin ağırlığını və uşağın çəkdiyi əzabları nəzərə alıb./Modern.az/

Избранный
9
15
sitat.info

10Источники