RU

Ağ Ev: Ukrayna ABŞ-ın köməyi olmadan Rusiya ilə danışıqlarda zəifləyəcək

“Əgər Vaşinqton Kiyevə kömək etməyə hazır olduğu barədə bəyanatlarından geri çəkilərsə, Ukraynanın Rusiya ilə potensial danışıqlarda mövqeyi zəifləyəcək”.

“İki sahil” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Hesab edirəm ki, ABŞ-ın hazırkı və gələcək administrasiyası Ukraynaya kömək etmək istəyini nümayiş etdirməli və onu özünü qorumaq üçün lazımi vasitələrlə təmin etməlidir, çünki bu, danışıqlar masası arxasında yaxşı nəticə əldə etmək üçün rıçaq olacaq. Əgər biz bu təfərrüat olmadan sövdələşməyə gedəcəyimizi desək, o zaman Ukrayna yaxşı danışıqlar mövqeyində olmayacaq”, - deyə o bildirib.

O əlavə edib ki, Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına təsiri ilə bağlı proqnozlar özünü doğrultmadı.

Избранный
22
28
ikisahil.az

10Источники