“Hazırda səhiyyə sistemimizin problemləri var ki, bunların aradan qaldırılması üçün işlər görülür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov deyib.
Onun sözlərinə görə, həkimlərin 60-70%-i Bakıda cəmləşib və regionlarda həkim çatışmazlığımız var.
“Yaxşı, 3-cü səviyyə ximət Bakıdadır düşüncəsi ilə insanlar Bakıya axın edirlər. Biz ölkənin 5 rayonunu birləşdirib tibbi ərazi bölmələri yaratmışıq. Quba, Şəmkir, Gəncə, Şirvan kimi böyük şəhərlərdə multidisiplinar regional xəstəxanalar yaratmışıq ki, vətəndaşlarımıza regionlarda da 3-cü səviyyə xidmət göstərə bilək”.
Bildirib ki, bu imkanlar regionlarda həkimlərin artmasına kömək edəcək.
Mina Mikayılova