RU

Dövlət büdcəsinin gəlir və xərcləri niyə dəyişdirildi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub. Bu qərar  Prezident İlham Əliyev tərəfindən imzalandıqdan qüvvəyə minəcək. Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb.

Banco.az xəbər verir ki, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir.

Dövlət büdcəsinin gəlir və xərclərin dəyişdirilməsi barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, büdcənin gəlir və xərclər hissəsində ilkin variantla ilə müqayisədə fərqlər yaranıb:

“Xərclər arası azalma bəzi Publik Hüquqi Səxslərin öz gəlirlərinin artımı və bəzilərinin isə xərclərinin optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyada dəyişikliklər, bəzi dövlət orqanlarının saxlanılması xərclərinin optimallaşdırılması, “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın maliyyə təminatının bütövlükdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulması ilə bağlıdır.

Xərclər arası artımlar isə müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi və sosial təyinatlı xərclərin əlavə maliyyə təminatı ilə bağlı ehtiyatların yaradılması, Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiya azaldaraq və həmin vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə yenə də Muxtar Respublikasının ərazisində irəli gələn tədbirlərin maliyyə təminatına sərf olunması, Osaka, Kansai Ekspo 2025” Ümumdünya Sərgisində iştirak  məqsədilə Azərbaycan milli pavilyonun idarəedilməsi ilə bağlı xərclərin qarşılanması və digər beynəlxalq fəaliyyətin nəzərə alınması, Milli Məclisində təmsil olunan və təmsil olunmayan siyasi partiyaların sayının artması (təmsil olunan siyasi partiyalar sayı 1 artaraq 11-ə, təmsil olunmayan siyasi partiya isə 6 olmuşdur) və digər səbəblər  ilə bağlıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
2
1
banco.az

2Источники