RU

"Regionlarda ciddi həkim çatışmazlığı var" - TƏBİB

"Azərbaycanda fəaliyyət göstərən həkimlərin 60-70 %-i paytaxtda cəmləşib".   Manset.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Azər Nəsirov Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində panel çıxışı zamanı deyib. O bildirib ki, hazırda regionlarda həkim çatışmazlığı müşahidə olunur. Üçüncü səviyyəli səhiyyə xidmətinin Bakıda yerləşməsi fikri də yanlışdır:

"Düzdür, səhiyyə sistemində müəyyən problemlər var, amma son 4-5 ildir mövcud nöqsanların aradan qaldırılması istiqamətində böyük addımlar atılır. Multidispinal regional xəstəxanaların yaradılması ilə üçüncü səviyyəli xidmətin vətəndaşlar üçün əlçatan olmasını təmin etməyə çalışırıq".

Araz Nəsirov qeyd edib ki, TƏBİB qurularkən tabeli tibb müəssisələrinin büdcəsi 800 milyon manat civarında idi. Amma bu gün həmin müəssisələrin büdcəsi 1.8 milyard manata yaxınlaşır:

"Bunun da ilkin səhiyyə büdcəsini nəzərə almasaq, 1.3 milyard civarında büdcəmiz var. TƏBİB tabeli 90 tibb müəssisəsi var, onun da 25-ə yaxını özünü maliyyələşdirə bilir. Yəni 20 tibb müəssisəsi bunu 100 % tamamlaya bilir. Hədəfimiz növbəti illərdə daha çox tibb müəssisəsinin özünü maliyyələşdirə bilməsini təmin etməkdir".

Избранный
29
9
manset.az

10Источники