RU

Əl-Culani: Türkiyə Suriyanın yenidən qurulmasına kömək edəcək

Suriyanın yeni hakimiyyət orqanları yeni dövlətin yaradılmasında əməkdaşlığın vacibliyini vurğulayaraq Türkiyə ilə strateji əlaqələr qurmaq niyyətində olduqlarını açıqlayıblar.

Oxuməni.az dünya mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin “Yeni Şafak” nəşrinə müsahibəsində hakimiyyətə gələn “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri, Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şaraa Ankara ilə qarşılıqlı fəaliyyətin əsas prioritetləri olduğunu səsləndirib.

“Biz Türkiyə ilə strateji tərəfdaşlıq planlaşdırırıq ki, Türkiyə yeni Suriya dövlətinin qurulması prosesində həyata keçirə biləcəyi bir çox prioritetlərə malikdir. Biz qarşılıqlı iqtisadi təcrübə mübadiləsinin və kommersiya əməkdaşlığının mümkünlüyünə inanırıq”, - deyə əl-Şaraa bildirib.

O, həmçinin suriyalı qaçqınların əhəmiyyətli hissəsinin öz vətənlərinə qayıda biləcəyinə ümid etdiyini bildirib. “2011-ci ildən bəri bir çox suriyalı müxtəlif ölkələrdə sığınacaq tapıb, lakin onları ən çox qəbul edən və onlara hörmətlə yanaşan Türkiyə olub. Biz onun köməyini unutmayacağıq,-” o deyib.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə 2,9 milyona yaxın suriyalı qaçqın yaşayır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl 1 milyona yaxın suriyalının vətənlərinə qayıtmasını asanlaşdırmaq planlarını açıqlamışdı. Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədən qaçqınların geri qaytarılması prosesi artıq başlayıb.

Almaz Həsənli

Избранный
9
oxumeni.az

1Источники