Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.
Msport.az xəbər verir ki, 41 komandanın qatıldığı yarışın üçüncü günündə 7 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.
Qələbə qazananlar mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Milli komandanın liderləri çətinlik çəkmədən yarımfinala yüksəliblər. Həsən Məlikov, Tural Sarıyev, Sərxan Əliyev, Murad Allahverdiyev və Məhəmməd Abdullayev dekabrın 19-da final üçün döyüşəcəklər.
Qeyd edək ki, bu gün qadın boksçular da mübarizəyə başlayacaqlar. Boks Mərkəzində keçirilən yarışın qaliblərinin adına dekabrın 20-də aydınlıq gələcək.
Azərbaycan çempionatı
1/4 final
48 kq
Bilalhəbaşi Nəzərov (DYBİK) – Faiq Balayev (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib
Ayaz Tağızadə (“Qızıl əlcək”) – Ramal Yolçuyev (“Qəbələ” İK) – 2:3
Sübhan Məmmədov (“Arena” İK) – Ömər Adilli (AzTU) – birinci tam üstünlüklə qalib gəlib
Həsən Məlikov (“Neftçi” İK) – Natiq Əliyev (“Uğur” İK) – 5:0
51 kq
Yusif Soltanov (Z-1 İK) – Tural Sarıyev (“Neftçi” İK) – 0:5
Ağası Əliyev (“Qızıl əlcək” İK) – Raul Vəliyev (Astara) – 0:5
Kənan Babayev (METE İK) – Qardaşxan Həsənov (“Arena” İK) – 5:0
Pərviz Hüseynov (“Qızıl əlcək” İK) – Yadigar Əliyev (“Səbail” İK) – – ikinci tam üstünlüklə qalib gəlib
57 kq
Ruslan Qədirov (MOİK) – Hüseyn Əliyev (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlib
Ümid Rüstəmov (DİN İC) – Zəlimxan Süleymanov (BFL) – 1:4
Kamil Babayev (METE İK) – döyüşsüz mərhələ adlayıb
Ceyhun Məmmədov (Qusar) – Ömər Aslanlı (Sumqayıt) – birinci döyüşə gəlməyib
71 kq
Rusif Quliyev (“Zərbə” İK) – Sərxan Əliyev (“Neftçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Əyyub Allahquliyev (“Zabit” İK) – Şəmsi Şahbazov (MOİK) – 0:5
Ziya Həsənov (Z-1 İK) – Nazim Abuzərli (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib
Elçin Şahbazi (“Neftçi” İK) – Nicat Həsənov (“Qızıl əlcək” İK) – ikinci qalib gəlib
80 kq
Murad Allahverdiyev (“Neftçi” İK) – Tural Məmmədli (DGK İK) – ikinci döyüşə gəlməyib
Ənvər Babayev (UGİM-1) – Elvin Qənbərov (“Neftçi” İK) – 0:5
Sərxan Budaqov (“Qızıl əlcək” İK) – Cəbrayıl Yelekov (Z-1 İK) – ikinci qalib gəlib
Mehdi Ağayev (AzTU) – Fəqan Məmmədov (“Neftçi” İK) – 0:5
86 kq
Kənan Allahverdiyev (“Naxçıvan” MR) – Seyid Seyidov (KNOUT) – – ikinci tam üstünlüklə qalib gəlib
İbrahim İsmayılov (Z-1 İK) – Səməd İsmayılzadə (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib
Heydər Məmmədov (DİN İSM) – Seyidxan Həsənov (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlib
Məmməd Quliyev (“Neftçi” İK ) – Pərviz Rəsulov (“Zərbə” İK) – 5:0
+92 kq
Məhəmməd Abdullayev (BFL) – Xəqani Abdullayev (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib
Şirxan Məmmədov (“Roman” İK) – Rəşid Məmmədov (Z-1 İK) – ikinci tam üstünlüklə qalib gəlib
Orxan Adıgözəlov (“Neftçi” İK) – Ələkbər Ələkbərov (“Cənub” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Teymur Aslanov (DİN İSM) – İlyas Mehdiyev (DİN İSM) – birinci tam üstünlüklə qalib gəlib