RU

Reşford: “Yeni səhifə açmağa hazıram”

İngiltərəli hücumçu Markus Reşford “Mançester Yunayted”dən ayrılmaq istəyir.

Futbolpress.az xəbər verir ki, forvard komandada az şans qazanmasından narazıdır. Reşford ingiltərəli jurnalist Henri Vinterə müsahibəsində bunları deyib:

“Yeni səhifə açmağa hazıram. Getsəm belə, pis notlarla olmasını istəmirəm. Klubda mənim haqda neqativ fikirlər yaranmasın. Hər zaman “qırmızı şeytan” olaraq qalacam”.

Reşford bu mövsüm 24 oyunda 7 qol vurub. Onun klubla sözləşməsi 2028-ci ilin yayına kimidir.

Избранный
16
futbolpress.az

1Источники