RU

Özbəkistan vətəndaşı rusiyalı generalı Ukraynanın göstərişi ilə öldürdüyünü etiraf etdi – VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) general-leytenant İqor Kirillov və köməkçisinin ölümü ilə nəticələnən partlayışın təşkilində şübhəli bilinən Özbəkistan vətəndaşı Əhmad Kurbanovun dindirilməsinin görüntülərini yayıb.

Bizim.Media xəbər verir ki, dindirmə zamanı o, cinayəti Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə törətdiyini və bunun qarşılığında ona 100 min dollar və Avropa pasportu təklif edildiyini etiraf edib.

FSB-nin məlumatına görə, bu, onun Moskvaya ilk gəlişi deyildi. Bundan əvvəl o, 2015-ci ildə burada olub, bundan sonra Özbəkistana yola düşüb. Orada Kurbanov çayxanada işləyirdi.



Bizim.Media

Избранный
13
bizim.media

1Источники