RU

Zaxarova: ABŞ və Avstraliya kimyəvi silahlara qadağa ilə bağlı konvensiyaya əlavə protokolu bloklayır

“Rusiya illərdir bioloji və zəhərli kimyəvi silahların qadağan edilməsinə dair konvensiyaya əlavə hüquqi protokolun hazırlanmasına çağırış edir, lakin ABŞ və onun Avstraliya kimi müttəfiqləri həmin sənədi bloklayır”.

APA xəbər verir ki, bunu ənənəvi brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O həmçinin deyib ki, dünyada baş verən terror hadisələrinin beynəlxalq səviyyədə qınanılmaması.

M. Zaxarovanın sözlərinə görə, baş verən son hadisə BMT Təhlükəsizlik Şurasının dekabrın 20-də Rusiya tərəfinin sorğusu əsasında keçiriləcək xüsusi iclası zamanı qaldırılacaq:

“Bir qədər əvvəl Avstraliyadakı biolaboratoriyadan yüzlərlə ölümcül virus nümunəsinin naməlum şəkildə yoxa çıxması ilə bağlı informasiya yayılıb. Sonradan bu ölkənin səhiyyə naziri həmin xəbəri təsdiqlədi. O dedi ki, laboratoriyadan naməlum şəxslərin çıxardığı ölümcül virus nümunələrinin sayı 300-dən çoxdur. Hadisə 2021-ci ildə baş versə də onların hökuməti bu faktı yalnız iki il sonra aşkarlaya bilib. Nə qədər qəribə olsa da həmin məlumat bu günlərdə ictimailəşdirilib. Avstraliya hökuməti bu virusların neqativ məqsədlərlə istifadə olunacağını istisna etmir. Bu ölkə ABŞ və digər tərəfdaşları ilə birlikdə Rusiyanın təklif etdiyi sənədin qəbuluna mane olur”.

Избранный
13
1
apa.az

2Источники