Təhlükəsizlik xidmətinin məlumatına görə, onun Özbəkistan vətəndaşı olduğu üzə çıxıb.
Turkustan.az xəbər verir ki, RKhBZ qoşunlarının rəhbəri İqor Kirillova qarşı terror aktını törədən şəxsin 29 yaşlı Özbəkistan vətəndaşı olduğu məlum olub. Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“FSB Rusiya Daxili İşlər Nazirliyi və Rusiya İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əldəqayırma partlayıcı qurğunu işə salmış 1995-ci il təvəllüdlü Özbəkistan Respublikası vətəndaşını müəyyən edərək saxlayıb. Moskvanın Ryazanski prospektində, yaşayış binasının yaxınlığında baş verən partlayış nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin RKhBZ qoşunlarının rəisi, 1970-ci il təvəllüdlü general-leytenant İ.A. Kirillov və onun köməkçisi öldürülüb".
Saxlanılan şəxs Rusiya Federasiyasının İstintaq Komitəsinə təhvil verilib. Terror aktını törədən şəxs onu Ukrayna xüsusi xidmət orqanlarına cəlb etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az