Bakı. Trend:
Astronomlar Süd Yolu qalaktikasının mərkəzində yerləşən nəhəngqara dəlik – “Oxatan A*” yaxınlığında cüt ulduz sistemini aşkarediblər.
Trend xəbərverir ki, bu barədə Avropa Cənub Rəsədxanası (ESO) məlumatyayıb.
Qeyd olunub ki, bu ulduzlarla qara dəlik arasındakı məsafə Günəşilə Yer arasındakı məsafədən 1.5 dəfə çoxdur. Bu kəşf, qaradəliklərə yaxın yerlərdə də kosmik obyektlərin mövcud olabiləcəyini sübut edir.
“Beynəlxalq tədqiqat qrupu, qalaktikamızın mərkəzindəki nəhəngqara dəlik “Oxatan A*”nın yaxınlığında dövr edən cüt ulduzsistemini aşkar edib. Bu, nəhəng qara dəliyə bu qədər yaxın birulduz cütlüyünün ilk dəfə kəşf edilməsidir”, - məlumatdabildirilir.
Alimlərin fikrincə, bu kəşf qara dəliklərə yaxın ərazilərdəplanetlərin də mövcud olacağı ehtimalını artırır, çünki planetlərəsasən nisbətən gənc ulduzların ətrafında formalaşır.
Qeyd edək ki, amerikalı astronomlar, qalaktikamızın mərkəzindəkinəhəng qara dəliyin kosmik birləşmənin nəticəsi olduğunu aşkarediblər.