RU

Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması əsas prioritetlərimizdəndəndir -İcraçı direktor

Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması da əsas prioritetlərimizdəndəndir.

“İki sahil” xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”tədbiri zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, bu sahədə artıq kifayət qədər işlər görülüb.

"Müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır. Ümumiyyətlə, bütün yeniliklər, səhiyyə idarəetməsindəki müasir tendensiyalar gün ərzində panel müzakirələrdə əhatə olunacaq. Mən 2024-cü il ərzində TƏBİB tabeli tibb müəssisələrinə edilən müraciətlərlə bağlı statistikanı sizinlə bölüşmək istəyirəm. 2024-cü ildə tibb müəssisələrimizə 24.2 milyon müraciət qeydə alınıb, 83.2 milyon xidmət göstərilib",- deyə o əlavə edib.

V. Qurbanov qeyd edib ki, bunlar kifayət qədər böyük rəqəmlərdir: "Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. Biz işə qəbul prosesimizdə müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük veririk. 2024-cü il ərzində tibb müəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizədi müsahibəyə dəvət etmişik, onlardan 79 namizəd müsahibəni uğurla keçərək TƏBİB ailəsinin üzvlərinə çevriliblər. Bundan başqa, 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib".

Избранный
17
1
ikisahil.az

2Источники