RU

2024-cü ildə meydanda ən çox olan futbolçular bəlli oldular

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2024-cü ildə meydanda ən çox olan futbolçuların siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, dünyanın ən güclü 66 liqasından olan futbolçuların həm klub, həm də milli komanda səviyyəsində çıxışları təhlil edilib.

Siyahıya ilk pillədə fransalı futbolçu Jül Kunde qərarlaşıb. “Barselona”nın və Fransa millisinin 26 yaşlı müdafiəçisi 69 oyunda 5872 dəqiqə meydanda olub.

Sonrakı iki pillədə isə Braziliyanın “Fluminense” klubundan Con Arias (5599 dəqiqə – 67 oyun) və İspaniya təmsilçisi “Real”dan Federiko Valverde (5573 – 66) yer alıb.

2024-cü ildə meydanda ən çox zaman keçirmiş futbolçuların siyahısında bu oyunçuların da adları var:

Vircil van Deyk (“Liverpul”, 5523 – 64)
Nikolas Otamendi (“Benfika”, 5449 – 65)
Qranit Caka (“Bayer”, 5447 – 65)
David Hantsko (“Feyenoord”, 5377 – 60)
Feliks Eduardo Torres (“Korintians”, 5369 – 64)
Co Rodon (“Lids”, 5276 – 58)
Uilyam Saliba (“Arsenal”, 5264 – 59)

Избранный
10
3
arena.az

4Источники