RU

Ataxan 13 aydır türkcə olan adına görə doğum haqqında şəhadətnamə ala bilmir

Ataxan

Vətəndaşlıq Qeydiyyatı Təşkilatı 13 aydır Şəbüstərin Nadarlı kəndində olan Ataxan adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Gunaz.tv

Bu barədə Ataxanın ailəsinə yaxın olan mənbə Balamın adı kampaniyasına bildirib:

"Bu uşaq 2023-ci ilin noyabr ayının 20-də anadan olub və valideynləri onun üçün Ataxan adını seçiblər, ancaq Şərqi Azərbaycan vilayətinin Şəbüstər şəhərinin qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina edib." - deyə məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci ildə Adil Çobaninin ailəsi 4 illik mübarizədən sonra öz övladlarına "Ataxan" adı üçün doğum haqqında şəhadətnamə ala bilmişdi.

Bu da hökumət rəsmilərinin türk adlarının guya qəbul edilmiş adlar siyahısında olmaması ilə bağlı iddiası ilə ziddiyət təşkil edir. Əgər bir ada daha öncə doğum haqqında şəhadətnamə verilibsə bu həmin adın qəbul edilmiş siyahıya salınması deməkdir. Beləliklə, rejim bu davranış ilə təkcə türk adlarına qarşı irqçi davranış sərgiləmiş olmur, onlar həm də özlərinin qəbul etdiyi qanunları da çeynəmiş olurlar.

Избранный
8
xalqcebhesi.az

1Источники