RU

Bu idman növləri uşaqların psixologiyasına TƏSİR EDİR - "Aqressiyasının şiddəti o dərəcəyə çatır ki..."

Döyüş idman növləri rəqiblər arasında qarşıdurma ilə fiziki və texniki bacarıqların inkişaf etdirilməsinə yönələn idman növləridir. Bir çox valideyn uşaqlarının kiçik yaşlarından bu növ idmanlara hazırlaşmasının tərəfdarıdır. Amma təbii ki, döyüş idman növlərinin həm fiziki, həm də psixoloji fəsadlara yol açması istisna deyil. Bəs valideynlər övladlarını bu tip idmanlara neçə yaşdan yönəldə bilərlər?TehsilForumu.Az xəbər verir ki, mövzu ilə bağlı tanınmış məşqçi Şıxəli Mərdanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, döyüş idman növlərinə əsasən uşaq yaşlarından, təxminən 7-8 yaşlarından başlayanlar var:"Bu növ idmanlarda uğur qazanmış, olimpiada çempionu olmuş, beynəlxalq dərəcədə nailiyyətləri olan idmançılara baxsaq, görərik ki, onların çox qismi bununla uşaq yaşlarından məşğul olur. Uşaq yaşından başlamaq daha təcrübəli, daha dözümlü olmağa gətirib çıxarır".

Избранный
5
1
tehsilforumu.az

2Источники