RU

Zelenski: "Putinlə danışıqlara getmək ona əlavə üstünlüklər qazandıracaq"

“Vladimir Putinlə danışıqlara getmək ona Avropa ilə qərar vermək imkanı yaratmağa bərabərdir”.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu “Le Parisien” nəşrinə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, regionda baş verənlərdən məhz Kreml rəhbərinin məsuliyyət daşıdığını, eləcə də ölkəsinin nə Rusiyanın, nə də Putinin qarşısında zəif olmadığını vurğulayıb. Ukrayna prezidentinin toxunduğu növbəti məsələ Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyü ilə əlaqəli olub:

“Biz nə NATO-nun, nə də Avropa İttifaqının üzvü olub-olmayacağımızı bilirik. Deyirlər, bu, gələcəkdə baş verəcək, lakin nə vaxt? İndiki şərtlər daxilində Vladimir Putinlə danışıqlara getmək ona əlavə üstünlüklər qazandıracaq. Məsələn, o Avropada yaşanan hadisələrlə bağlı qərar vermək istəyəcək”.

Vladimir Zelenski eyni zamanda ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın seçki kampaniyası zamanı Rusiya-Ukrayna münaqişəsini 24 saata həll edəcəyi barədə fikirlərini şərh edib:

"Mən qətiyyətlə bəyan edirəm ki, dünyanın heç bir lideri Vladimir Putinlə Ukraynanın adından danışıqlar apara bilməz. Biz heç kimə belə bir mandat verməmişik. Müharibənin qurbanı bizik, bizim ölkəmizdir. İndi kimlərinsə bizə necə yaşamağı öyrətməsi ədalətsizlik olardı. Fransızlar da, italyanlar da, amerikalılar da məhz öz ölkələrində bunu edə bilər” – deyə, Ukrayna prezidenti fikirlərini tamamlayıb.

"Cebheinfo.az"

Избранный
20
8
cebheinfo.az

9Источники