RU

Azərbaycanlı jurnalist Nəsiminin Suriyadakı məqbərəsinə GETDİ - FOTO

Tanınmış jurnalist, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məqbərəsini ziyarət edib.

Modern.az xəbər verir ki, Eynulla Fətullayev məqbərənin önündən çəkdirdiyi şəkli sosial şəbəkə paylaşıb

“Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsminin məqbərəsi… Nəsimi soyundan gələn Bəşər Nəsimini də tapdım. Ailə məqbərənin yanında yaşayır. 2015-ci ildə İŞİD Nəsiminin məqbərəsini dağıtmışdı. Fəqət şəhər azad olunduqdan sonra Nəsimi ailəsi məzarı bərpa etdi.

Nəsiminin başı hər zaman qalda. Hazırda Hələbdə hakimiyyəti zəbt etmiş “Tahrir aş-Şam” sələfi ideologiyasına mənsub olduğundan, məqbərələrə, o cümlədən Nəsiminin məzarına girişi qadağan edib.

Nəsimi ailəsi çox narahatdır. İslamçılar yenəmi bu məqbərəni dağıda bilər?”, - deyə azərbaycanlı jurnalist paylaşımında bildirib.

Xatırladaq ki, Nəsiminin Hələbdəki məqbərəsi üç metr hündürlükdə hasarla əhatələnib. Məqbərənin yerləşdiyi küçədə divara üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır.
Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələrinin və ideya davamçılarının da məzarları var.

Избранный
16
2
modern.az

3Источники