RU

Fuad Nəcəfli: Bu ilin sonunda Naxçıvan büdcəsində yerli gəlirlərin həcmi 50 faizdən çox olacaq

Naxçıvan, 18 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin maliyyə sistemi sürətlə dəyişən qlobal çağırışlara cavab olaraq milli iqtisadiyyatın mühüm təkanverici qüvvəsinə çevrilib, qlobal və daxili risklərə qarşı dayanıqlı maliyyə sistemi formalaşdırılıb. Maliyyə sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, qeyri-neft sektoru və qeyri-neft ixracı dəfələrlə artır, əhalinin sosial-iqtisadi rifahı yaxşılaşdırılır. Azərbaycanın qısa zamanda yuxarı gəlirli ölkələr qrupuna daxil olması, qlobal böhranlardan minimal itkilərlə çıxması bunu bir daha təsdiq edir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli söyləyib.

Səlahiyyətli nümayəndə deyib: "Son 2 ildə muxtar respublikada yeni idarəetmə metodunun tətbiqi sahəsində aparılan islahatlar həm də maliyyə sektorunu əhatə edib. Xüsusilə qeyd etməliyəm ki, Prezidentin tapşırıqlarına uyğun olaraq maliyyə intizamının gücləndirilməsi, büdcənin düzgün tərtibi və icrası, yerli gəlirlərin artırılması və dotasiyanın azaldılması istiqamətində ardıcıl işlər aparılır. Bir faktı qeyd etməliyəm ki, əgər 2 il bundan öncə Naxçıvan Muxtar Respublikası büdcəsində yerli gəlirlər 20-25 faiz idisə, bu ilin sonunda yerli gəlirlərin həcmi 50 faizdən yüksək olacaqdır. Ötən 2 ildə muxtar respublikada dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun tətbiqi sahəsində də sistemli iş aparılır ki, bu da dövlət vəsaitindən təyinata uyğun düzgün istifadəni təmin edir”.

 

 

Избранный
12
azertag.az

1Источники