RU

Ekspertdən xəbərdarlıq: "Fişəng və bu kimi vasitələrin evdə saxlanılması təhlükəlidir"

Ekspert bildirib ki, fişəng və oxşar vasitələr öz-özünə alışıb partlaya bilər.

Fişənglər və pirotexniki vasitələrdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması bu bayram sevincini faciəyə çevirə bilər.

Bəs təhlükəsizliyi necə qoruyaq?

Məsələ ilə bağlı “ Operativ Media”ya açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert eksperti Elmar Nurəliev bildirib ki partlayıcı məmulatlar və pirotexniki vasitələrin ümumiyyətlə mülki dövriyyəsi və istifadəsi qanunla qadağandır: “Nəzərə almaq lazımdır ki, bu cür vasitələr həm insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır, həm də ətraf mühitə, ekologiyaya, ictimai asayişin qorunmasına və yanğın təhlükəsinə səbəb olur.

Bu səbəbdən mütləq şəkildə belə vasitələrdən istifadə etməmək lazımdır. Əgər hər hansı istifadə halları baş verərsə, ciddi normativ tələblərə riayət olunmalıdır. Lakin bu vasitələrin mülki dövriyyəsinin qadağan olunması səbəbindən normativlərə riayət etməyə ehtiyac qalmır”.

Ekspert bildirib ki, fişəng və bu kimi vasitələrin evdə saxlanılması təhlükəlidir:

"Bu vasitələrə daha çox uşaqlar maraq göstərir. Bəzən valideynlər özləri bu vasitələri alaraq uşaqlara verirlər ki, bu, son dərəcə təhlükəlidir. Çünki belə vasitələrin ümumiyyətlə təhlükəsizlik təlimatları olmur. Yəni onların hansı qaydada istifadə ediləcəyi və saxlanılacağı ilə bağlı göstərişlər yoxdur.

Bu səbəbdən pirotexniki vasitələrdən insanların çox olduğu kütləvi və ya qapalı məkanlarda istifadə etmək olduqca təhlükəlidir. Bu, ilk növbədə yanğına və ya digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin, belə hallarda insanlar özlərinə xəsarət yetirə bilər, əlini, qolunu və ya hər hansı bədən üzvünü yandıra bilər. Bundan əlavə, həmin şəxs öz həyatını və digər şəxslərin həyatını da təhlükə altına atır.

Bəzi hallarda insanlar pirotexniki vasitələri, xüsusilə Yeni il qabağı, evdə gizli yerlərdə saxlayırlar. Bu isə çox təhlükəlidir, çünki belə vasitələr kənar təsirlərdən, məsələn, işıq və günəş şüası, evdəki istilik cihazları, odun sobası və başqa səbəblərdən partlaya bilər. Bu vasitələri istilik mənbələrinin yaxınlığında saxlamaq qətiyyən olmaz. Məsələn, fişəng və oxşar vasitələr öz-özünə alışıb partlaya bilər ki, bu da yanğına və digər faciəvi hallara gətirib çıxara bilər.

Yaxşı olar ki, valideynlər bu kimi vasitələri almaqdan çəkinsinlər və Yeni il ərəfəsində bədbəxt hadisələrin qarşısını almaq üçün daha diqqətli olsunlar".

 

 

Избранный
13
operativmedia.az

1Источники