RU

Zaxarova Ermənistanın hakimiyyətyönümlü teleqram kanallarını oxumamağı məsləhət görüb

"Ermənistanın hakimiyyətyönümlü Telegram kanallarını oxusanız, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin Ermənistanın “Telegram” kanallarında yayılan məlumata görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistandan silah almaq təklifi göndərdiyi barədə sualını cavablandırarkən deyib.

“Ermənistanda hakimiyyətyönümlü Telegram kanalları çox şeyləri təlqin etməyə çalışır. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır - onlar bəzən elə cəfəngiyyatlar yayırlar ki...”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin işidir: “Müvafiq qarşılıqlı fəaliyyəti necə qurmaq onların işidir”.

Избранный
7
5
apa.az

6Источники