RU

Respublika Perinatal Mərkəzinin təmiri nə vaxt yekunlaşacaq? - TƏBİB sədri AÇIQLADI

Respublika Perinatal Mərkəzinin təmiri gələn ilin sonlarında yekunlaşacaq.

Day.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Perinatal Mərkəzlə bağlı artıq Fövqəladə Hallar Nazirliyi və digər qurumların rəyləri alınıb. Tikinti ilə bağlı layihələndirilmə işləri yekunlaşıb.

Gələn ilin əvvəlindən Perinatal Mərkəzdə təmir işləri başlayacaq və gələn ilin sonuna tam yekunlaşacaq",- sədr əlavə edib.

Избранный
21
8
day.az

10Источники