RU

Mariya Zaxarova: Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumaq xəstəliyə səbəb ola bilər

Ermənistanın hökumətyönlü “Telegram” kanallarını oxumaq xəstəliyə səbəb ola bilər. Ona görə də onları oxumamaq daha yaxşıdır.

Xezerxeber.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Ermənistanın “Telegram” kanallarında yayılan geniş məlumatlara görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistana silah alınması ilə bağlı təklif göndərdiyi barədə sualını cavablandırıb.

“Ermənistanda hökumətyönlü “Telegram” kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır - onlar bəzən elə cəfəngiyyatlar yayırlar”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir: “Müvafiq qarşılıqlı əlaqələrin necə qurulması onların işidir”.

Избранный
2
5
xezerxeber.az

6Источники