Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib – KİV
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildiyi bildirilir. Yeniavaz.com xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb. Bildirilir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb. Qeyd edək ki, bu ilin yanvar ayınadək Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edib. 12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov bu il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb