Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və RusiyaFederasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən,2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrəmüsabiqə elan olunur.
Müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində(Российский университет транспорта (МИИТ)) təhsil almaq üçün təqaüdproqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycandanəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədidaşıyır.
Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet,magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetəhazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rusdilində aparılır.
Təminat:
- Təhsil haqqının tam ödənilməsi
- Aylıq təqaüd
- Rus dilinibilməyən tələbələr üçün 1 illik ödənişsiz rus dili hazırlıqkursları
Müsabiqədə iştirak edə bilər:
- Məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitetməzunları (və ya təhsilini bu ildə bitirəcək tələbələr vəşagirdlər)
Seçim turları:
- Riyaziyyat və məntiqdən onlayn test
- Oflayn müsahibə (Azərbaycan və rus dillərində)
Ərizələrin qəbul tarixi: 18.12.2024 –05.01.2025
Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.
Testlərdən uğurla keçən və universitetə qəbulolunanlardan bu sənədlər tələb olunacaq:
- Pasportun skan edilmiş surəti və pasportun rus dilinə notarialqaydada təsdiq edilmiş tərcüməsinin skan edilmiş surəti
- Təhsil sənədlərinin skan edilmiş surətləri (orta təhsilhaqqında attestat, diplomlar) və onların notarial qaydada təsdiqedilmiş tərcümələrinin skan edilmiş surətləri
- Tibbi arayışın skan edilmiş surəti
- İİV (HIV)-mənfi sertifikatın skan edilmiş surəti
- Ərizə – anket
Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat UniversitetiRusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqlayanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəbnəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstəküçün baza platforması rolunu oynayır.
Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycanaqayıtdıqdan sonra nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlaraişə qəbul zamanı üstünlük veriləcək.