RU

Beştəpədə "gizli görüş": Sirli "Qırmızı kitab" yenidən hazırlanır

Türkiyənin “gizli konstitusiyası” kimi qələmə verilən və ictimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi üzrə işlər başa çatıb. 

SeherXeber.org xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi Milli Təhlükəsizlik Siyasəti Sənədinin "Qırmızı kitab"ın yenilənməsi istiqamətdə ciddi işlər aparır. Bu məqsədlə vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə dekabrın əvvəlində Milli Təhlükəsizlik Şurasının Baş Katibliyində “gizli” iclas keçirilib və toplantıda görülməsi planlaşdırılan tədbirlər ətraflı müzakirə edilib.

Məxfiliyinə görə “Qırmızı kitab” kimi də tanınan sənədin yenilənməsi üçün nazirliklərdən və aidiyyəti təşkilatlardan rəylər istənilib.

İşlər yekunlaşdıqdan sonra məsələnin prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək ilk Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək..

"Qırmızı kitab" sonuncu dəfə 30 sentyabr 2019-cu ildə prezident Ərdoğanın sədrliyi Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib. 

Mürtəza

SeherXeber.org

Избранный
2
6
seherxeber.org

10Источники