RU

Fələstin prezidenti Qahirəyə gedəcək

Fələstin prezidenti Mahmud Abbasın Qahirəyə səfəri gözlənilir.

News365.az xəbər verir ki, bu Fələstinin Qahirədəki səfiri Diab əl-Louh məlumat verib.

O, bildirib ki, Mahmud Abbas Misir prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə "Səkkiz İnkişaf etməkdə olan Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı"nın (D-8) 11-ci sammitində iştirak edəcək.

Səfirin sözlərinə görə, Abbasın səfəri zamanı Fələstin xalqına qarşı müharibəyə son qoymaq, onların müdafiəsini təmin etmək, yardım göstərmək və davam edən münaqişə nəticəsində yaranmış dağıntıları bərpa etmək üçün Fələstin-Misir birgə səyləri müzakirə olunacaq.

Səfər zamanı həmçinin İsrailin Fələstin torpaqlarının işğalına son qoymaq və paytaxtı Şərqi Qüds olmaqla, tam suveren və yaşana bilən müstəqil Fələstin dövlətinin yaradılması üçün səylərin səfərbər edilməsinə baxılacaq.

Qeyd edək ki, 1997-ci ildə yaradılmış D-8 təşkilatı əhəmiyyətli müsəlman əhalisi olan inkişaf etməkdə olan ölkələrin iqtisadi ittifaqıdır. Təşkilatın üzvləri Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyədir.

Избранный
18
1
news365.az

2Источники