RU

Rusiya SQ-nin Baş Qərargah rəisi: Azərbaycan və Ermənistan münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir

Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi

brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan o cümlədən Moskvanın səyləri sayəsində ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.

Gerasimov qeyd edib ki, Qərbin dağıdıcı hərəkətlərinə qarşılıq olaraq Rusiya Cənubi Qafqaz regionunda konstruktiv tədbirlər həyata keçirir: "Böyük ölçüdə dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişləri göz qabağındadır".

Избранный
25
46
apa.az

10Источники